Əlcəzair telekanalında Ramazan ayı münasibətilə Azərbaycan mətbəxi təqdim olunub

28 mart, 2024

Əlcəzair telekanalında Ramazan ayı münasibətilə Azərbaycan mətbəxi təqdim olunub

Əlcəzair telekanalında Ramazan ayına həsr olunmuş verilişdə dünyanın müxtəlif ölkələri ilə yanaşı, Azərbaycan mətbəxi təqdim olunub.

“El Biled” TV kanalında Azərbaycan diaspor fəalı Xumar Nəbiyeva Azərbaycan mətbəxinin dadı və keyfiyyəti baxımından dünyada öz layiqli yerini tutmasından danışıb. O, milli mətbəximizin zənginliyi barədə ətraflı məlumat verərək, izləyicilərə qutabın hazırlanması prosesini nümayiş etdirib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Əlcəzair Xalq Demokratik Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Tural Rzayevin də fikirlərinin əks olunduğu verilişdə 20 ölkənin mətbəxi təqdim edilib.

https://www.youtube.com/watch?v=j70jL2oP2Q0

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər