Diasporla İş üzrə Dövlət Komitəsində 2024-cü ilin 9 ayının yekunlarının müzakirəsinə dair kollegiya iclası keçirilib
8 oktyabr, 2024Diasporla İş üzrə Dövlət Komitəsində 2024-cü ilin 9 ayı ərzində görülən işlərə həsr olunan kollegiya iclası keçirilib.
İclas Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Açılış nitqində sədr Fuad Muradov 2024-cü ilin ilk 9 ayı ərzində komitənin həyata keçirdiyi layihələr və Azərbaycan diasporunun fəaliyyətindən danışıb. Diasporun koordinasiyalı fəaliyyəti, təşkilatlanması, ana vətənlə əlaqələrinin möhkəmlənməsi sahəsində mühüm addımlar atıldığını bildirib.
Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın diasporun fəaliyyətinə göstərdikləri diqqət və qayğının, eləcə də Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasının soydaşlarımız arasında böyük ruh yüksəkliyi yaratdığını söyləyib, Azərbaycan Prezidentinin tapşırıq və tövsiyələrinin diaspor fəaliyyətinin təməl prinsiplərini təşkil etdiyini vurğulayıb.
İclasda Komitə Aparatının müvafiq şöbələrinin və Azərbaycan Diasporuna Dəstək Fondunun hesabatları dinlənilib. Həm ölkə daxilində, həm də xaricdə irimiqyaslı layihələr, konfranslar, ixtisaslaşmış forumlar və digər tədbirlər haqqında məlumat verilib.
Daha sonra kollegiya üzvləri təqdim olunan hesabatları və 2024-cü ilin son 3 ayında qarşıda duran vəzifələri, 2025-ci ilin tədbirlər planını, fəaliyyət istiqamətlərini müzakirə edib, yeni tapşırıqlar səsləndiriblər.
Kollegiya iclası dövlət başçısının sərəncamı ilə təltif olunan komitə əməkdaşlarına medalların təqdim edilməsi ilə yekunlaşıb.
Foto qalereya
Digər xəbərlər