“Diaspor Akademiyası- 2” layihəsi çərçivəsində növbəti təlim keçirilib

28 yanvar, 2025

“Diaspor Akademiyası- 2” layihəsi çərçivəsində növbəti təlim keçirilib

“Diaspor Akademiyası-2” layihəsinin növbəti 8-ci təlimi baş tutub. Təlim “Diasporun informasiya strategiyası, media kanallara çıxış taktikaları” adlı mövzuya həsr edilib.

Tanınmış təlimçi, Siyasi Texnologiyalar Mərkəzinin rəhbəri Vəli Əlibəyov iştirakçılara “İnformasiya strategiyası nədir?”, “Məqsəd və vəzifələri”, “Diasporun istifadə edə biləcəkləri media kanalları” və s. məsələlər barədə məlumat verib.

İnteraktiv şəkildə keçən təlim zamanı iştirakçılar bu sahədəki təcrübələrini bölüşüb, qarşılıqlı fikir mübadiləsi aparılıb. Onları maraqlandıran suallar təlimçi tərəfindən cavablandırılıb.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər