Rusiyada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları Türkiyəyə maddi və humanitar yardımlar göndərib

10 fevral, 2023

Rusiyada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları Türkiyəyə maddi və humanitar yardımlar göndərib

Dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə əlaqədar zərərçəkənlərə yardım kampaniyalarına başlayıb. Rusiyadakı Azərbaycan diasporu bununla bağlı xüsusi fəallıq göstərir.

Sankt-Peterburq şəhərində azərbaycanlıların milli-mədəni muxtariyyəti 34 min manat maddi və 11 min manatlıq humanitar yardım, Pyatiqorsk şəhəri “Araz” Milli-Mədəni Muxtariyyatı 45 min manat maddi və 2200 manatlıq humanitar yardım, Başqırdıstan Azərbaycan Xalqının Dostluq Evi 29 min manatlıq humanitar yardım, Sankt-Peterbur şəhərindəki Sofiyski meyvə-tərəvəz bazarında çalışan azərbaycanlı iş adamları 34 min manatlıq humanitar yardım, Krasnoyarsk Azərbaycan Milli-Mədəni Muxtariyyatı 22 min manat maddi yardım, “Xakasiya Respublikası Azərbaycanlılarının Diasporu” Regional İctimai Təşkilatı 9400 manat maddi yardım, “Ural-Azərbaycan” Sverdlovsk Vilayəti Milli-Mədəni Regional Təşkilatı 81 min manatlıq humanitar yardım toplayaraq, Türkiyədə zəlzələdən zərərçəkənlərə göndəriblər.

Qeyd edək ki, Rusiya telekanalları Başqırdıstan Respublikasında fəaliyyət göstərən Azərbaycan icmasının Türkiyəyə yardımı haqqında reportaj yayımlayıb.

Diaspor təşkilatlarının qardaş Türkiyəyə yardımları davam edir.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər