Böyük Britaniyanın və Malayziyanın Azərbaycandakı səfirləri Dövlət Komitəsində olublar
2 oktyabr, 2024Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Fergus Auld və Malayziyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ahmad Kamrizamil Bin Mohd Rza Diasporla İş üzrə Dövlət Komitəsində olublar.
Qonaqları salamlayan sədr Fuad Muradov Komitənin fəaliyyəti, həyata keçirdiyi layihələr, xaricdəki Azərbaycan Evləri, Koordinasiya Şuraları, Azərbaycan Diasporuna Dəstək Fondu, həmçinin avqustda Laçında keçirilən Diaspor Gənclərinin V Yay Düşərgəsi haqqında ətraflı məlumat verib. Komitənin təkcə xaricdə yaşayan azərbaycanlılarla deyil, eyni zamanda Azərbaycana dost münasibəti bəsləyən ölkələrlə də iş apardığını qeyd edib.
Səfir Fergus Auld və Ahmad Kamrizamil Bin Mohd Rza səmimi qəbula görə təşəkkür ediblər. Ölkələri ilə Azərbaycan arasında əlaqələrin genişləndirilməsinin vacibliyindən söz açan diplomatlar bundan sonrakı fəaliyyətlərində Komitə ilə əməkdaşlığa hər zaman hazır olduqlarını bildiriblər.
Görüşdə birgə layihələrin, müxtəlif sahələr üzrə mübadilə proqramlarının gerçəkləşdirilməsi barədə fikir mübadiləsi aparılıb. Qarşılıqlı səmərəli fəaliyyətin bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə olunub.
Foto qalereya
Digər xəbərlər