Azərbaycanlı xanım dünyaca məşhur şirkətin vitse-prezidenti seçilib

17 aprel, 2024

Azərbaycanlı xanım dünyaca məşhur şirkətin vitse-prezidenti seçilib

Diasporla İş üzrə Dövlət Komitəsinin internet televiziyası Diaspor TV-nin  İctimai televiziya ilə ortaq layihəsi olan “Vətən uzaqda deyil” proqramının bir neçə buraxılışı Amerika Birləşmiş Ştatlarında çəkilib. Proqramın qonaqlarından biri dünyaca məşhur  ExxonMobil şirkətinin vitse-prezidenti Leyla Levitski olub. Leyla Levitski müsahibəsində qazandığı uğurlardan, ölkəmizi tanıtmasından və gələcək planlarından danışıb.

Qeyd edək ki, jurnalist, DİDK-nın şöbə müdiri Vəsilə Vahidqızının müəllifi olduğu “Vətən uzaqda deyil” proqramı 6 ildir fəaliyyət göstərən Diaspor TV-nin ən populyar proqramıdır. Bu günə qədər dünyanın müxtəlif ölkələrində yaşayan  yüzlərlə soydaşımız proqramın qonağı olub, onların haqqında maraqlı süjetlər təqdim edilib. Dünya azərbaycanlılarından və ölkəmizin diaspor siyasətindən bəhs edən “Vətən uzaqda deyil” proqramı ayda iki dəfə saat 14.30-da İctimai TV-nin efirində yayımlanır.

ABŞ-da fəaliyyət göstərən ExxonMobil şirkətinin vitse-prezidenti Leyla Levitskinin müsahibəsini aşağıdakı linkdə izləmək olar:

https://www.youtube.com/watch?v=Ew2svfw4i5s

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər