Azərbaycanın aşıq sənəti Gürcüstan səhnəsində
23 may, 2025
Aşıq Nargilə Mehdiyeva Gürcüstanın İctimai Televiziyasında yayımlanan və geniş izləyici auditoriyasına sahib "Xalq Mahnısı" musiqi layihəsində çıxışı ilə yadda qalıb.
O, aşıq ədəbiyyatının görkəmli nümayəndəsi Aşıq Ələsgərin məşhur "Düşdü" misralarına bəstələnmiş "Səməndəri" havasını ustalıqla ifa edib. Soydaşımızın ifası münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib və tamaşaçıların geniş rəğbətini qazanıb.
Foto qalereya
dostların arasında bunu ilk tövsiyyə edən sən ol
Digər xəbərlər