Azərbaycan icması Slovakiyanın yeni seçilmiş Prezidentini təbrik edib

16 aprel, 2024

Azərbaycan icması Slovakiyanın yeni seçilmiş Prezidentini təbrik edib

Slovakiya Azərbaycanlıları Assosiasiyası Slovakiyanın yeni seçilmiş Prezidenti Peter Pelleqriniyə təbrik məktubu ünvanlayıb.

Məktubda Azərbaycan-Slovakiya əməkdaşlığının inkişafından məmnunluq ifadə olunub. İki xalqın mənafeyinə uyğun olaraq dövlətlərarası əlaqələrin daha da möhkəmlənəcəyinə və bu istiqamətdə birgə səy göstərməyə əminlik bildirilib. Peter Pelleqriniyə fəaliyyətində müvəffəqiyyətlər arzu edilib.

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər