Azərbaycan icması Polşanın Müstəqillik Günü münasibətilə polyak xalqını təbrik edib
19 noyabr, 2024“Xarı Bülbül” Dünya Azərbaycanlıları Mədəniyyət Assosiasiyası Polşanın Müstəqillik Günü münasibətilə polyak xalqına təbrik ünvanlayıb. Onlar bu əlamətdar gün münasibətilə azadlıq, demokratiya və birlik dəyərlərini özündə birləşdirən Polşa hökumətini və xalqı təbrik edib, onlara ən səmimi arzularını çatdıraraq, möhkəm can sağlığı, uğurlar, davamlı sülh və firavanlıq diləyiblər.
Məktubda Azərbaycan və Polşa arasında dostluq və tərəfdaşlıq münasibətlərinə toxunaraq iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsi üçün qarşılıqlı anlaşma və əməkdaşlığın təşviqi istiqamətində davamlı addımların atılmasını arzu ediblər.
Foto qalereya
dostların arasında bunu ilk tövsiyyə edən sən ol
Digər xəbərlər