Avstraliyada yaşayan alim soydaşımız ADA və Qərbi Kaspi Universitetlərində olub

12 mart, 2024

Avstraliyada yaşayan alim soydaşımız ADA və Qərbi Kaspi Universitetlərində olub

Uzun illərdir Avstraliya İttifaqında yaşayan və Sidney Texnologiya Universitetinin professoru, güney azərbaycanlı soydaşımız Şəmsəddin Nejadi Azərbaycana səfər edib.

Səfər çərçivəsində cənublu soydaşımız ADA və Qərbi Kaspi Universitetlərində bir sıra faydalı görüşlər keçirib. ADA Universitetinin icraçı  prorektoru Fariz İsmayılzadə ilə görüş zamanı ADA Universiteti və Sidney Texnologiya Universitetləri arasında qarşılıqlı əməkdaşlıq haqqında memorandumun hazırlanması və tələbə mübadiləsi üzrə danışıqlar aparılıb.

Qərbi Kaspi Universitetində icraçı prorektor Rəşad Bağırovla da görüşən Ş.Nejadi universitetin 80 tələbəsinə “Introduction to Civil Engineering” (İnşaat mühəndisliyinə giriş) mövzusunda mühazirə oxuyub. Tələbələrə Ş. Nejadinin və R.Bağırovun imzası ilə sertifikatlar təqdim olunub.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər