Azərbaycan icması Avstraliyanın Kvinslend ştatında yerli konqresmenlərlə görüşüb

8 may, 2024

Azərbaycan icması Avstraliyanın Kvinslend ştatında yerli konqresmenlərlə görüşüb

Avstraliya İttifaqının Kvinslend ştatında fəaliyyət göstərən yerli konqresmenlərin parlament binasında 200-ə yaxın icma təşkilatı ilə görüşü keçirilib.

Tədbirdə bu ştatda fəaliyyət göstərən Kvinslend Azərbaycan Milli Assosiasiyasının (ANAQ) sədri, eyni zamanda Avstraliya Azərbaycan Assosiasiyaları Alyansının koordinatoru Fuad Aydınbəyzadə iştirak edib.

Görüşdə David Krisafulli, Con-Pol Lanqbroek və Deb Freklinqton kimi konqresmenlərlə icmalarla ictimai əlaqələrin qurulması, gələcək əməkdaşlıq imkanları barəsində müzakirələr aparılıb.

Müzakirələr zamanı Avstraliyada yaşayıb fəaliyyət göstərən 20 mindən çox Azərbaycan icması və onların fəaliyyətini koordinasiya edən Avstraliya Azərbaycan Assosiasiyaları Alyansı barəsində məlumat verilib. Bildirilib ki, Azərbaycan icması Avstraliyanın ictimai həyatında fəal iştirak edir, çoxsaylı tədbirlər həyata keçirir və ölkənin ictimai-siyasi həyatına uğurla inteqrasiya olunur.    

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər