Küveytdə keçirilən ənənəvi “İncəsənət Gecəsi”ndə “Sarı gəlin” ifa olunub

8 may, 2024

Küveytdə keçirilən ənənəvi “İncəsənət Gecəsi”ndə “Sarı gəlin” ifa olunub

Küveytdə “American United School”da (“Amerikan Birləşmiş Məktəbi”)  keçirilən ənənəvi “İncəsənət Gecəsi”ndə Azərbaycan da təmsil olunub.

Dünyanın müxtəlif ölkələrinin təmsilçilərinin qatıldığı tədbirdə Azərbaycan xalq mahnısı “Sarı gəlin” ifa olunub.

Küveytdə yaşayan Ayla Əliyeva və Əminə Abdulkərimin milli geyimimizdə ifaları tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər