Aydında Zəfər Günü münasibətilə panel təşkil olunub

19 noyabr, 2024

Aydında Zəfər Günü münasibətilə panel təşkil olunub

Türkiyənin Aydın şəhərindəki Adnan Menderes Universitetinin Texniki, Tibb və Sosial Elmlər institutları 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Qarabağ Zəfəri və Türkiyə: Azərbaycan münasibətlərinə baxış” adlı birgə panel təşkil edib.

Panelə Aydın Adnan Menderes Universitetinin prorektoru, professor Erkan Salan, rektorun müşaviri, dosent Kemal Ramazan Haykıran, Elm və Texnologiya İnstitutunun direktoru, professor Ethem Aktürk, Sosial Elmlər İnstitutunun direktoru, professor Ahmet Toksoy, Tibb Elmləri İnstitutunun direktor müavini, professor Süleyman Aypak, Tibb Fakültəsinin dekanı, professor Ayhan Aköz və digər rəsmi şəxslər, elmi ictimaiyyət və universitetinin müəllim-tələbə kollektivi qatılıb.

Tədbiri açıq elan edən panelin moderatoru, professor Ahmet Nahmedov ölkəmizin 44 günlük Vətən müharibəsində qazandığı şanlı zəfərin Türkiyə-Azərbaycan münasibətlərinə və regional reallıqlara təsirlərinə toxunub. Daha sonra sözü məruzəçilərə – Ege Universitetinin Türk Dünyası Araşdırmaları İnstitutunun professoru Vəfa Qurbana, Muğla Sıtkı Koçman Universitetinin professoru Mustafa Gökçeyə və Sosial Elmlər İnstitutunun direktoru, professor Ahmet Toksoya verib.

Vəfa Kurban “Bir millət, iki dövlət olan Türkiyə və Azərbaycanın da ortaq məsələsi var: erməni məsələsi”, Mustafa Gökçe “Enerji kontekstində Qarabağ problemi”, Ahmet Toksoy isə “Azərbaycan-Türkiyə münasibətləri” adlı məruzələrlə çıxış edib.

Panel iclasının davamında məruzələr ətrafında sual-cavab, fikir mübadiləsi aparılıb. Sonda məruzəçilərə Təşəkkürnamələr təqdim olunub.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər