Avstraliyanın Brisben şəhərində Novruz bayramı qeyd olunub

27 mart, 2024

Avstraliyanın Brisben şəhərində Novruz bayramı qeyd olunub

Avstraliya İttifaqının Brisben şəhərində Novruz bayramı qeyd olunub.

“Kvinslenddə Azərbaycanın Milli Assosiasiyası”nın təşəbbüsü və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutan tədbir mədəniyyətimizi və milli dəyərlərimizi daha geniş ictimaiyyətə çatdırmaq məqsədilə təşkil edilib.

Özbək, qazax, qırğız, tatar və türk icmalarının üzvlərinin də qatıldığı tədbirdə Viktoriya Azərbaycanlılarının Varlıq Qrupunun rəhbəri Aslan Şərifi milli musiqilərimizi ifa edib. Novruz bayramının mənsub olduğu türk mədəniyyətinin zənginliklərini və adət-ənənələrini təqdim etmək üçün müxtəlif yarışmalar keçirilib.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər