ABŞ mətbuatı Fransa və digər Avropa dövlətlərinin müstəmləkə istismarının ekoloji fəsadlarından yazdı

28 noyabr, 2024

ABŞ mətbuatı Fransa və digər Avropa dövlətlərinin müstəmləkə istismarının ekoloji fəsadlarından yazdı

Tanınmış politoloq və jurnalist, Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi  və baş direktoru Reyçel Avraham baş qərargahı Nyu Yorkda yerləşən Xarici Siyasət Assosiasiyasının xəbər saytında dərc olunmuş “Müstəmləkə bölgələr üçün iqlim ədaləti vacib şərtdir” başlıqlı məqaləsində Fransa və digər Avropa dövlətlərinin müstəmləkə istismarının ekoloji fəsadlarından yazıb.

Məqalədə ekoloji vəziyyətin fövqəladə hal alması məhz müstəmləkəçiliyin mirası olaraq səciyyələndirilib. Qlobal Cənubun torpağının və havasının Qlobal Şimalın zibilxanası kimi istifadə olunduğu göstərilib.

Diqqətə çatdırılıb ki, İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panel təşkilatı yarandığı otuz ildən artıq müddətdə ilk dəfə olaraq 2022-ci il üzrə hesabatında “müstəmləkəçilik” terminini qeyd edib. Yazıda iqlimşünaslıq sahəsinin aparıcı alimlərinin müstəmləkəçiliyin iqlim böhranında keçmiş və indiki amil olduğunu etiraf etdikləri də bildirilib. Vurğulanıb ki, dünyanın hər yerindən olan məmurlar və elm adamları artıq müstəmləkəçiliyin planetimizin istiləşməsi və onun çoxsaylı nemətlərinin məhvində oynadığı mühüm rolu dərk edir. Müstəmləkəçiliyin zərərlərini aradan qaldırmadan ekoloji ədalətə nail olmaq qeyri-mümkündür.

Müəllif vaxtilə müharibə şəraitindən çıxmış Qarabağ bölgəsinə səfər edərkən erməni köçkünlərinin bölgədə necə ciddi ekoloji böhran yaratdığının şahidi olduğuna diqqət çəkib. Çirklənmiş, balıqsız çayları, kökündən qoparılmış ağacları, yandırılmış əkin sahələrini, minalarla əhatə olunmuş, dağıdılmış minlərlə evi və çuxurlarla dolu torpaq yolları gördüyünü yazıb: “Vəziyyət ekoloji baxımdan o qədər ciddi idi ki, bir vaxtlar gözəl ekosistemi ilə “Qara Bağ” kimi tanınan bölgə otuz illik erməni işğalından sonra “Qafqazın Xirosiması” adlandırıldı”.

Yazıda Azərbaycanın Qarabağı yaşıl zona kimi bərpa etdiyi və müstəmləkəçiliyin dağıdıcı nəticələrinin, ətraf mühitə mənfi təsirlərinin şahidi Qlobal Cənubun digər ölkələrini ruhlandırdığı qeyd olunub. Məqalənin sonunda müəllif diqqətçəkən açıqlama verib: “Həqiqətən də Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə erməni köçkün müstəmləkəçiliyi tarixin zibilliyinə atıldı. Digər müstəmləkəçi qüvvələr də tezliklə onun ardınca gedə bilər”.                               

Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:

https://foreignpolicyblogs.com/2024/11/25/climate-justice-an-imperative-for-colonized-regions/

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər