Almaniyada Yaşayan Azərbaycanlı Həkimlərin Forumunun iştirakçıları üçün mədəni proqram təşkil olunub

16 sentyabr, 2024

Almaniyada Yaşayan Azərbaycanlı Həkimlərin Forumunun iştirakçıları üçün mədəni proqram təşkil olunub

Almaniyanın Bonn şəhərində keçirilən Almaniyada Yaşayan Azərbaycanlı Həkimlərin III Forumunun son günündə mədəni proqram təşkil olunub.

Tədbirdə müğənni Kəmalə Əhmədovanın ifasında klassik Azərbaycan musiqiləri, xalq mahnıları səslənib. Sənətçinin ifası və mahnılarımız sürəkli alqışlarla qarşılanıb.

Tədbirdə azərbaycanlı həkimlər belə forumların xaricdə yaşayan azərbaycanlıların birləşməsində, şəbəkələşməsində əvəzsiz rol oynamasından danışıb, təşkilatçılara təşəkkürlərini bildiriblər.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər