Saqarecoda vətəndaşlara təmənnasız hüquqi yardımlar göstərilib

17 sentyabr, 2024

Saqarecoda vətəndaşlara təmənnasız hüquqi yardımlar göstərilib

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və layihələri əsasında Gürcüstanda fəaliyyət göstərən “QANUN” Hüquqi Yardım Mərkəzinin rəhbəri vəkil Əli Bədirov Saqareconun Keşəli kəndində əvvəlcədən qeydiyyatdan keçmiş hüquqi problemləri olan vətəndaşların qəbulunu həyata keçirib.

Qəbul günündə yerli vətəndaşların torpaq, vətəndaşlıq, mülkiyyət, ailə zorakılığı və bu kimi digər problemləri dinlənilib, onların həlli ilə bağlı lazımi ərizələr və müraciətlər yazılaraq aidiyyəti üzrə dövlət qurumlarına göndərilib.

Əli Bədirov bildirib ki, Qaraçöp mahalında və ətraf kəndlərdə yaşayan soydaşlarımıza keyfiyyətli, hüquqi yardım göstərilməsi və məsləhət verilməsi  Gürcüstan qanunvericiliyinə müvafiq olaraq təmin olunub. Şikayətçilərə iddia, şikayət ərizələrinin yazılması, zəruri sənədlərin əldə edilməsi, apelyasiya, kasasiya və əlavə kasasiya şikayətlərinin, etirazların, vəsatətlərin və digər hüquqi əhəmiyyətli sənədlərin tərtibi, həmçinin hüququn digər sahələri üzrə şifahi və yazılı məsləhətlər verilib.  

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər