Almaniyada soydaşımızın rəsm sərgisi açılıb

22 aprel, 2025

Almaniyada soydaşımızın rəsm sərgisi açılıb

Almaniyanın Vuppertal şəhərində azərbaycanlı rəssam Fərid İsmayılovun “Klassika eksperimentlə görüşür” adlı rəsm sərgisi açılıb.

“Concordia” salonunda təşkil olunan sərgidə klassik incəsənət ənənələrini müasir üslubla birləşdirən orijinal əsərlər yer alıb.

Bottiçelli və Frida Kahlo kimi dünya şöhrətli sənətkarlardan ilham alan Fərid İsmayılovun əsərlərində heyvan fiqurları, insan obrazları, fantastik varlıqlar və həndəsi elementlər harmonik şəkildə bir araya gətirilir. Rəssamın işlərində tez-tez rast gəlinən nar təsviri bolluq və daxili zənginliyin simvolu kimi çıxış edir və onun fəlsəfi dünyagörüşünün inikasıdır. O, əsasən, metal üzərində yağlı boya ilə işləyir.

Məlumat üçün bildirək ki, sərgi 10 iyul 2025-ci il tarixinədək davam edəcək.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər