ABŞ-nin Meyn ştatında Novruz bayramı qeyd olunub

27 mart, 2024

ABŞ-nin Meyn ştatında Novruz bayramı qeyd olunub

ABŞ-nin Meyn ştatında Novruz bayramı geniş şəkildə qeyd olunub. Meyn Azərbaycan Cəmiyyətinin rəhbəri Tərlan Əhmədovun təşkilatçılığı ilə baş tutan tədbirdə həmin ştatda yaşayan Azərbaycan icması Novruz bayramı münasibətilə bir araya gəlib.

Bayram tədbirini giriş sözü ilə açan Tərlan Əhmədov yazın gəlişini bildirən, qədim tarixə malik Novruz bayramı haqqında qonaqlara məlumat verib və bayram münasibətilə onları təbrik edib.

Uşaqlar tədbirdə Novruz bayramına, yazın gəlişinə həsr olunmuş şeirlər səsləndirib, rəqs nömrələri ilə çıxış ediblər. Tədbirdə uşaqlara hədiyyələr verilib, iştirakçılara Azərbaycan mətbəxinin ləziz təamları təqdim olunub.

Tədbir “Yallı” rəqsinin oynanılması ilə başa çatıb.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər