ABŞ mətbuatı Azərbaycanı dünyanın ən təhlükəsiz ölkələri sırasında göstərib

29 mart, 2024

ABŞ mətbuatı Azərbaycanı dünyanın ən təhlükəsiz ölkələri sırasında göstərib

Baş qərargahı ABŞ-nin Nyu-York şəhərində yerləşən Xarici Siyasət Assosiasiyasının xəbər saytında "Dünyanın ən təhlükəsiz ölkələri hansılardır?" sərlövhəli məqalə dərc edilib. Tanınmış politoloq və jurnalist, Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi  və baş direktoru Reyçel Avrahamın müəllifi olduğu məqalədə Qlobal Terrorizm İndeksinə (QTİ) görə Azərbaycan dünyanın ən təhlükəsiz ölkələrindən biri kimi 141 ölkə arasında 18-ci yerdə qərarlaşdığı göstərilib. Bildirilib ki, QTİ dünya əhalisinin 99,7 faizinin məruz qaldığı terrorun təsirini təhlil edən hərtərəfli araşdırmadır. Burada terror hadisələrinin və ölüm hallarının sayı, terrorla mübarizə, terrorla bağlı aparılan araşdırmaların effektivliyi və bir çox digər göstəricilər nəzərə alınır.                                                

Məqalədə, həmçinin Azərbaycanın eyni zamanda cinayətkarlığın yayılma miqyasına görə dünyanın ən təhlükəsiz 20 ölkəsi siyahısına daxil edildiyi faktı diqqətə çatdırılıb. Qeyd olunub ki, sözügedən siyahı ölkələr və şəhərlər üzrə dünyanın ən böyük statistik məlumat bazasına malik “Numbea” resursu tərəfindən tərtib edilib. Belə ki, sorğuda sakinlərdən gecə saatlarında şəhərdə tək gəzə bilib-bilmədikləri, polisin işindən razı olub-olmadıqları, son 12 ayda hücuma və ya soyğuna məruz qalıb-qalmadıqları soruşulub.

Müəllif Azərbaycanı sinaqoqların qapılarının gün ərzində açıq qaldığı  nadir ölkələrdən biri kimi xarakterizə edərək Ermənistanla münaqişəli vəziyyətə rəğmən Bakının mərkəzində erməni kilsəsinin mühafizə olunduğuna diqqət çəkib və Prezident İlham Əliyevin “Bugün Azərbaycan təhlükəsizlik adasıdır” ifadəsinin gerçəklik olduğunu vurğulayıb.

Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:

https://foreignpolicyblogs.com/2024/03/22/which-countries-are-the-safest-in-the-world/

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər