Türküstan vilayətindəki diasporumuz aztəminatlı ailələrə yardım edib
2 dekabr, 2022.png)
Qazaxıstanın Türküstan vilayətində fəaliyyət göstərən “Qarabağ” Azərbaycan Etnomədəni Mərkəzi xeyriyyə aksiyası keçirib.
Mərkəzin rəhbəri Ramilə Mustafayeva bildirib ki, aksiya zamanı Sayram rayonunun Karasu kəndinin icra nümayəndəliyi binasında aztəminatlı ailələrlə görüş keçirilib. Azərbaycan diasporu adından bu ailələrə ərzaq yardımı təqdim edilib.
Onun sözlərinə görə, vaxtaşırı xeyriyyə tədbirləri keçirən diasporumuzun dekabr ayında uşaq evlərini ziyarət etməsi nəzərdə tutulub.
Foto qalereya
dostların arasında bunu ilk tövsiyyə edən sən ol
Digər xəbərlər