Sankt-Peterburqda “Şuşa-270” mövzusunda tədbir keçirilib

7 dekabr, 2022

Sankt-Peterburqda “Şuşa-270” mövzusunda tədbir keçirilib

Rusiyanın Sankt-Peterburq şəhərində Azərbaycanın Şuşa şəhərinin 270 illiyinə həsr olunmuş tədbir keçirilib.

 “Sreda” gənclər mərkəzində baş tutan tədbir “Azərbaycan Humanitar Əməkdaşlıq Mərkəzi” muxtar qeyri-kommersiya təşkilatı və “Simurq” Azərbaycanlı Gənclər Assosiasiyası tərəfindən təşkil olunub.

Tədbir iştirakçılarını salamlayan Azərbaycanın Sankt-Peterburqdakı konsulu Rəhim Rəhimzadə, “Azərbaycan Humanitar Əməkdaşlıq Mərkəzi” muxtar qeyri-kommersiya təşkilatının direktoru Eldar Əlizadə, mərkəzin sədri Nicat Bayramlı və “Simurq” Azərbaycanlı Gənclər Assosiasiyasının sədri Fuad Məmmədov iki il öncə Şuşanın azad edilməsinin tarixi əhəmiyyətindən, hazırda ölkəmizin mədəniyyət paytaxtında aparılan bərpa-quruculuq işlərindən danışıblar.

Mədəniyyət gecəsi U.Söhbətovanın “Qarabağın ilham pərisi”, E.Əlizadənin “Şuşanın tarixi” və S.Kayanın “Şuşa Bəyannaməsinin regional təhlükəsizlikdə əhəmiyyəti haqqında” məruzələrin təqdim olunması ilə davam edib.

Onlayn formatda tədbirə qatılan II Qarabağ müharibəsinin qazisi, Xüsusi Təyinatlı Qüvvələrin baş çavuşu Əfqan Zaxmayev tədbir iştirakçılarına döyüş təəssüratlarını bölüşüb.

Tədbir zamanı “Şuşa” şeiri səsləndirilib, Şuşaya həsr olunmuş sənədli filmlərdən fraqmentlər nümayiş etdirilib.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər