Virciniya ştatındakı icmamız Türkiyəyə yardım kampaniyasına start verib

8 fevral, 2023

Virciniya ştatındakı icmamız Türkiyəyə yardım kampaniyasına start verib

ABŞ-ın Virciniya ştatında yaşayan Azərbaycan icmasının fəalları Türkiyənin cənub-şərqində baş vermiş dəhşətli zəlzələ ilə bağlı yardım kampaniyasına başlayıblar.

“Baku Delicious” restoranının sahibi Sevda Tahirlinin rəhbərlik etdiyi kampaniya çərçivəsində ianə, isti geyim, yataq dəsti, tibbi ləvazimatlar və gigiyenik vasitələr toplanır.

İanələr və əşyalar Türkiyənin ABŞ-dakı səfirliyi vasitəsilə qardaş ölkəyə göndəriləcək.   

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər