Tallinndə Milli Musiqi və Milli Azlıqlar Günü qeyd olunub

22 sentyabr, 2022

Tallinndə Milli Musiqi və Milli Azlıqlar Günü qeyd olunub

Estoniyanın paytaxtı Tallinndə yerləşən məşhur Kadriorq Sarayında Milli Musiqi və Milli Azlıqlar Gününə həsr olunmuş klassik musiqi gecəsi keçirilib.

 

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və  "İrs" Estoniya-Azərbaycan Gənclər Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə baş tutan tədbirdə Tallinn şəhər merinin müavini Vadim Belobrovtsev, Kristiine rayonunun icra başçısı Janus Riibe, ölkə parlamentnin üzvləri, Kadriorq Sarayının rəhbəri Aleksandra Murre, Estoniya Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Niyazi Hacıyev, yerli ictimaiyyətin, müxtəlif icmaların, Azərbaycan diasporunun nümayəndələri və KİV təmsilçiləri iştirak ediblər.

 

Tədbirdə bəstəkar, pianoçu, dirijor, beynəlxalq müsabiqələr laureatı, Vyana Musiqi və Səhnə Sənətləri Universitetinin dirijorluq fakültəsinin məzunu Abuzər Manafzadə, Vyana Konservatoriyasının məzunu, vokalçı Karen Danger-Manafzadə, Vyana Konservatoriyasının tələbəsi, beynəlxalq müsabiqələr laureatı, vokalçı Orxan Cəlilov, Estoniya Musiqi Akademiyasının tələbəsi, respublika və beynəlxalq müsabiqələr laureatı, pianoçu Nəriman Əmiraslanov, Bakı Xoreoqrafiya Akademiyası Təhsil Kompleksinin tam orta məktəbinin məzunu, respublika və beynəlxalq müsabiqələr laureatı Şirin Əmiraslanova, Estoniyada fəaliyyət göstərən “Nargiz” təşkilatının rəhbəri Nərgiz Əsgərova çıxış ediblər.

 

Konsertdə Azərbaycan bəstəkarları Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Rauf Hacıyev və Müslüm Maqomayevin, eləcə də bir sıra Avropa bəstəkarlarının əsərləri ifa edilib. Abuzər Manafzadənin “Şuşa İli” çərçivəsində həyat yoldaşı Karen Manafzadənin sözlərinə bəstələdiyi “Azərbaycan, Gözəlsən” mahnısı ilk dəfə eston ictimaiyyətinə təqdim olunub.

 

Tamaşaçılar azərbaycanlı sənətçilərin ifalarını maraqla və alqışlarla qarşılayıblar.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər