Kazanda “Azərbaycanın faşizm üzərində qələbəyə töhfəsi” kitabı təqdim edilib

2 dekabr, 2022

Kazanda “Azərbaycanın faşizm üzərində qələbəyə töhfəsi” kitabı təqdim edilib

Rusiya Federasiyası Tatarıstan Respublikasının Kazan şəhərində Azərbaycanın faşizm üzərində qələbəyə töhfəsi” kitabının təqdimat mərasimi keçirilib.

Mətbuat Evi"nin Tukaykonfrans-zalında baş tutan tədbir Leninoqorsk şəhərinin və Leninoqorsk rayonunun Birlik Azərbaycan Milli-Mədəni Muxtariyyəti ictimai təşkilatı tərəfindən təşkil edilib.

Tədbirdə yerli ictimaiyyətin tanınmış xadimləri, Tatarıstanın və Rusiyanın müxtəlif regionlarında fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının rəhbərləri, KİV təmsilçiləri iştirak ediblər.

"Tatarıstan" İctimai Birliyinin sədr müavini Emin Ramazanovun moderatorluğu ilə aparılan tədbirdə “Birliktəşkilatının sədri Ramiz Məmmədov və başqaları çıxış edərək, Azərbaycanın faşizm üzərində qələbəyə misilsiz töhfələrindən danışıblar. Bu mövzunu işıqlandırdığı üçün müəllifə minnətdarlıqlarını ifadə ediblər.

Kitabın müəllifi – Kursk şəhərindəki Azərbaycan diasporunun sədri, Kursk Cənub-Qərb Dövlət Universitetinin dosenti Qasım Kərimov kitabın təqdimatının Kazanda keçirilməsinə görə “Birlik” təşkilatına təşəkkürünü bildirib, fazişm üzərində qələbənin 80 illiyi münasibətilə üçüncü kitabı yazmağı planlaşdırdığını söyləyib.

Tədbir çərçivəsində Azərbaycan xalqının II Dünya müharibəsində iştirak etmiş qəhrəman övladlarına həsr olunmuş sənədli film nümayiş etdirilib.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər