Brüsseldəki Azərbaycan Evində anım tədbiri baş tutub

24 yanvar, 2023

Brüsseldəki Azərbaycan Evində anım tədbiri baş tutub

Brüssel şəhərində fəaliyyət göstərən Azərbaycan Evində 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

Belçika paytaxtında və ətrafında yaşayan Azərbaycan icması fəallarının qatıldığı tədbirdə öncə 20 Yanvar şəhidlərinin xatirəsi ehtiramla yad edilib.

Tədbirdə çıxış edənlər xatırladıblar ki, 1990-cı il 20 Yanvar faciəsinə gətirib çıxaran hadisələr erməni separatçılarının Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi cəhdləri və Ermənistandakı azərbaycanlıların öz tarixi yurdlarından qovulması ilə əlaqədar olub. Mixail Qorbaçovun rəhbərlik etdiyi sovet rejimi erməni separatçılarının yerli və beynəlxalq hüquq normalarına zidd hərəkətlərinin  qarşısını almaq əvəzinə, Azərbaycan xalqına qarşı dəhşətli hərbi cinayət törədib. Dünya birliyinin bu amansız cinayəti törədənlərin beynəlxalq səviyyədə məsuliyyətə cəlb olunması istiqamətində hələ də əməli addım atmadığı təəssüflə vurğulanıb.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər