Azərbaycanın Dostları Assosiasiyasının prezidenti fransalı senatorları bədnam qətnaməyə səs verməməyə çağırıb

15 noyabr, 2022

Azərbaycanın Dostları Assosiasiyasının prezidenti fransalı senatorları bədnam qətnaməyə səs verməməyə çağırıb

Fransada fəaliyyət göstərən Azərbaycanın Dostları Assosiasiyası (ADA) 6 senatorun Azərbaycana qarşı təqdim etdiyi qətnamə layihəsi ilə bağlı bu ölkənin dövlət başçısına və Fransa Senatına müraciət edib.

 

ADA-nın prezidenti Jerom Lamberin adından Fransa Prezidenti Emmanuel Makrona və senatorlara ünvanlanan müraciətdə bildirilib ki, noyabrın 15-də Fransa ilə Azərbaycan arasında münasibətlərə dair qətnamədən danışılacaq.

 

O, senatorları iki ölkə arasında çətinliklər yaradacaq bu qətnaməni qəbul etməməyə çağırıb: “Sizdən yenə də xahiş edirik ki, son otuz ildə Ermənistan və Azərbaycan arasında münaqişəyə Fransa hökumətini cəlb etməyəcək rəsmi mövqe nümayiş etdirəsiniz”.

 

J.Lamber bu mövqeyini qətnamənin mətninin Ermənistanla Azərbaycan arasında mövcud vəziyyətə tamamilə cavab vermədiyi, hətta son aylarda baş verən təkamüllərlə ziddiyyət təşkil etməsi ilə izah edib. Xatırladıb ki, BMT Təhlükəsizlik Şurası dəfələrlə Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsini pisləyib, Fransa erməni işğalını qınayan bütün qətnamələrə səs verib. İki il öncə isə öz ərazi bütövlüyünü müdafiə etmək hüququndan istifadə edən Azərbaycan qonşu Ermənistanın 30 illik işğalına son qoyub.

 

Nəzərə çatdırılıb ki, indiyədək beynəlxalq birlik Azərbaycanı əsla qınamayıb, hazırda Qarabağ bölgəsində vəziyyət sabitdir, Emmanuel Makron isə son aylarda dəfələrlə etiraf edib ki, Fransa Azərbaycanın Ermənistan işğalına qədər beynəlxalq səviyyədə qəbul olunan sərhədlərini tanıyır. Lakin 2020-ci ilin noyabrında imzalanan üztərəfli razılaşmadan sonra Azərbaycanın sülh və normallaşma münasibətlərinin yaranması istiqamətində ciddi səylərinə baxmayaraq, indiki durum Ermənistanın milliyyətçi ekstremist dairələrinin xoşuna gəlmir və onlar yeni insidentlərin törədilməsinə çalışırlar.

 

ADA prezidenti hesab edir ki, törədilən təxribatlar, sərhədyanı ərazilərdə minaların basdırılmasının davam etdirilməsi, üçtərəfli bəyanata və razılaşmalara zidd olaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılmasından, bu ərazidə rabitə və nəqliyyat kommunikasiyalarının açılmasından imtina edilməsi qəbuledilməzdir.

 

Bu cür ekstremist qüvvələrin erməni diasporundan estafet aldıqlarını, Fransadakı bəzi senatorları inandırmaq üsulları tapdıqlarını təəssüflə vurğulayan ADA prezidenti bildirib ki, bu, istər beynəlxalq hüqüq, istərsə də sülhün və ölkələrarası normal münasibətlərin qurulması baxımından yersiz təşəbbüsdür: “Çünki Fransa bütün xalqlarla ünsiyyət qurmalıdır. Təəssüf ki, milli ərazimizdə mövcud olan nüfuzlu fransız icmasının bəzi erməni əsilli nümayəndələrinin “intiqam” arzusu var. Lakin bu, Azərbaycan və Ermənistan arasında davam edən danışıqlara ziddir. Fransa və Avropa İttifaqı, təbii ki, erməni diasporasındakı ekstremistlərin manevrləri üzündən, deyəsən, danışıqlar aparan tərəf kimi mövqe tutmaq legitimliyini itiriblər”.

 

J.Lamber xəbərdarlıq edib ki, Ermənistan və Azərbaycan arasında danışıqlar  irəliləməkdədir: “Bu yaxınlarda  Praqa və Soçidə Ermənistan və Azərbaycan liderləri birgə bəyanatlarda bir-birinin suverenliyini və ərazi bütövlüyünü tanıyıblar! Bu o deməkdir ki, sizə təqdim olunan “fərman” mövcud vəziyyəti əks etdirmir”.

 

Bildirib ki, qətnamə layuhəsinin qəbulu hətta Fransanın diplomatik mövqeyini əks etdirməsə belə,  ölkəni bu ərazilərin, onların tarixlərinin və qarşılıqlı əlaqədə olmağa çağırdığı xalqların mürəkkəb reallıqlarından bir az təcrid edə bilər. Halbuki Fransa  bu xalqlarla qarşılıqlı münasibətlərə uyğun hərəkət etməli, Avropanın sərhədləri yaxınlığında və bir çox sivilizasiyaların kəsişməsində mövcud olan bu regionda təsir etmək imkanlarını yaradacaq ən yaxşı ruh yüksəkliyini qoruyub saxlaya bilməlidir.

 

Müraciətin sonunda J.Lamber senatorları reallığı və mövcud vəziyyəti əks etdirməyən retroqrad qətnaməyə səs verməməyə çağırıb: “Fransa sülh üçün çalışmalı, onun parlament nümayəndələri icmalar arasında problem yaratmamalıdır. Tam əksinə fəaliyyət göstərməlidir”.

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər