Azərbaycan icmasının nüfuzlu nümayəndəsinə etimad göstərilməsi Dubaydakı soydaşlarımızı sevindirib

1 dekabr, 2022

Azərbaycan icmasının nüfuzlu nümayəndəsinə etimad göstərilməsi Dubaydakı soydaşlarımızı sevindirib

Birləşmiş Ərəb Əmirliklərində yaşayan Azərbaycan icması bu ölkədə fəaliyyət göstərən soydaşımız Emil İsgəndərovun "Caspian Energy UAE"-nin sədri vəzifəsinə təyin olunması xəbərini sevinclə qarşılayıb.

Ərəb Ölkələri üzrə Azərbaycanlıların Koordinasiya Şurasının Dubay nümayəndəliyindən bildirilib ki, Emil İsgəndərov BƏƏ-də yaşayan Azərbaycan icmasında xüsusi hörmətə malikdir. Vətənini sevən şəxs kimi daima ölkəmizin və dövlətçiliyimizin maraqlarını müdafiə edir, vətəndaşlıq borcunu layiqincə yerinə yetirir. Azərbaycana həsr olunmuş bütün tədbirlərdə, ölkəmizin həqiqətlərinin və azərbaycançılıq məfkurəsinin BƏƏ-də təbliğ olunması istiqamətində fəal iştirak edir. Onun bu xüsusiyyəti COVİD-19 pandemiyası və 44 günlük Vətən müharibəsi dövründə özünü daha qabarıq göstərib.

Qeyd edək ki, E.İsgəndərov 28 avqust 1983-cu il tarixində Azərbaycanda anadan olub. 2000-ci ildə Bakıda 189 nömrəli məktəbi bitirdikdən sonra bakalavr təhsili alıb. 2015-ci ildə Dubayda yerləşən Amerikan Universitetində Biznesin idarə edilməsi uzrə təhsil alıb. Hazırda BƏƏ ərazisində "Caspian Energy Club"ın maraqlarını təmsil edən soydaşımız eyni zamanda “MyGroup” şirkətlər qrupunun prezidenti və “MyShops” brendinin yaradıcısıdır.

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər