Antalyanın Elmalı rayonunda Türkiyə və Azərbaycan şəhidləri yad edilib

24 sentyabr, 2022

Antalyanın Elmalı rayonunda Türkiyə və Azərbaycan şəhidləri yad edilib

Türkiyənin Antalya vilayətinin Elmalı rayonunda Türkiyə və Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı uğrunda canlarından keçmiş şəhidlərin anım mərasimi keçirilib.

Bayraq yürüşü ilə başlayan mərasim Türkiyə və Azərbaycanın Dövlət himnlərinin səsləndirilməsi ilə davam edib. Ardınca şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükütla yad edilib. 

Sonra Qurandan şəhidlərin ruhuna dualar oxunub.

Tədbirdə siyasi partiyaların, vətəndaş cəmiyyətinin nümayəndələri və yerli sakinlər iştirak ediblər. Onların arasında Antalya-Azərbaycan Kültür və Həmrəylik Dərnəyinin Elmalı üzrə təmsilçisi də olub. 

Qeyd edək ki, aksiya ölkəmizin sərhədində Ermənistan silahlı qüvvələrinin törətdiyi 12-13 sentyabr tarixli genişmiqyaslı hərbi təxribatlara etiraz etmək və Azərbaycan dövlətinə dəstək məqsədilə təşkil edilib.  

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər