Varşava Azərbaycan Evində həvəskar teatr tamaşası nümayiş olunub

3 iyul, 2024

Varşava Azərbaycan Evində həvəskar teatr tamaşası nümayiş olunub

Polşanın Varşava şəhərində yerləşən Azərbaycan Evində Polşa Azərbaycanlıları Şurasının təşkilatçılığı ilə “220 Nömrəli Otaq” adlı həvəskar teatr tamaşası baş tutub.

Tamaşada xarici ölkələrdə yaşayan soydaşlarımızın ora köçməzdən əvvəl və sonra keçirdikləri hisslər, Vətənə olan sevgi, azərbaycançılıq ideologiyasının təbliği və ana dilinin qorunmasının vacibliyi səhnələşdirilib.

Tamaşadan əvvəl “Ocaq” teatr cəmiyyətinin üzvü Kamran Məmmədov çıxış edərək xalqımızın tanınmış elm və incəsənət xadimlərinin həyat və fəaliyyəti haqqında məlumat verib. Onun xaricdə yaşamış bir sıra görkəmli həmvətənlərimizlə bağlı hazırladığı təqdimat göstərilib.

Daha sonra azərbaycanlı tələbələr tərəfindən hazırlanan tamaşa nümayiş olunub.

Böyük maraqla qarşılanan tamaşadan sonra mövzu ətrafında fikir mübadiləsi aparılıb. Qonaqlar asudə vaxtlarında belə vacib bir mövzu ətrafında həmsöhbət olduqlarına görə məmnunluqlarını bildiriblər.

Qeyd edək ki, Varşava Azərbaycan Evi, Polşa Azərbaycanlıları Şurasının təşkilatçılığı ilə mütəmadi olaraq müxtəlif mövzularda Polşada yaşayan azərbaycanlılar üçün silsilə tədbir və layihələr həyata keçirilir.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər