Türküstanda Azərbaycan mədəniyyəti nümayiş olunub

18 fevral, 2025

Türküstanda Azərbaycan mədəniyyəti nümayiş olunub

Azərbaycan Respublikasında 2025-ci ilin "Konstitusiya və Suverenlik ili" elan edilməsi münasibətilə Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və "Qarabağ" Azərbaycan Etnomədəni Birliyinin təşkilatçılığı ilə Qazaxıstanın Türküstan vilayətində mədəni tədbir keçirilib.

Tədbir çərçivəsində Azərbaycanın milli mətbəx və sənətkarlıq nümunələrindən ibarət sərgi təşkil olunub.

Görüşdə dövlət rəsmiləri, etnomədəni birliklərin sədrləri və üzvləri, gənclər iştirak edib.

Türküstan Regional İctimai İnkişaf İdarəsinin İctimai Konsensus İdarəsinin rəis müavini Yernazar Baetov, Qazaxıstanın və Azərbaycanın Jurnalistlər ittifaqlarının üzvü Nasiha Kenjina çıxış edərək etnik qrupların sülh və həmrəyliyinin əhəmiyyətini vurğulayıblar.

Birliyin sədri Ramilə Mustafayeva çıxışında Azərbaycan diasporunun 30 il ərzində əldə etdiyi nailiyyətləri diqqətə çatdırıb və bu gün bölgədə 23 mindən çox azərbaycanlının yaşadığını bildirib.

Məlumat üçün qeyd edək ki, "Qarabağ" Azərbaycan Etnomədəni Birliyi 2018-ci ildən Qazaxıstanın Türküstan vilayətində fəaliyyət göstərir.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər