“The Jerusalem Post”da Azərbaycanla bağlı məqalə dərc olunub
12 avqust, 2024İsrailin ərəb dünyası və İran üzrə ən tanınmış eksperti, İsrail Müdafiə Qüvvələrinin Kəşfiyyat Korpusununu sabiq polkovnik leytanantı, bu ölkənin nüfuzlu Bar-İlan Universitetinin şərqşünaslıq elmləri üzrə professoru və Universitetin Yaxın Şərq və İslam Tədqiqatları Mərkəzinin direktoru, Begin-Sadat Strateji Araşdırmalar Mərkəzinin tədqiqatçısı doktor Mordexay Kedarın İsrail və dünyanın ən nüfuzlu nəşrlərindən olan “The Jerusalem Post”da “İranın yeni prezidenti Pezeşkian etnik gərginlik fonunda regional sülhə çağırır” sərlövhəli məqaləsi dərc olunub.
Müəllif məqaləsində Tehranda Azərbaycan səfirliyinin yenidən fəaliyyətə başlaması, iki ölkə arasındakı qonşuluq münasibətləri barədə yazıb, Azərbaycan hökumətinin rəsmi bəyanatlarında ölkəmizin regionda sülh və sabitliyin qorunmasında maraqlı olduğu nəzərə çatdırılıb.
Məqaləni aşağıdakı linkdən oxumaq olar:
Foto qalereya
Digər xəbərlər