Cenevrədə 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd olunub
17 yanvar, 2025İsveçrənin Cenevrə şəhərində 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə geniş miqyaslı tədbir keçirilib.
Tədbirin təşkilatçısı və aparıcısı, BMT-nin əməkdaşı, doktorant Gülbahar Əsədova çıxışında bu günün Azərbaycan xalqı üçün böyük əhəmiyyət daşıdığını söyləyib. Həmrəyliyin Vətəndə və dünyanın müxtəlif guşələrində yaşayan hər bir azərbaycanlı üçün xüsusi bir mənaya malik olduğunu qeyd edib. Soydaşlarımızın birliyinin və dəstəyinin Azərbaycanın beynəlxalq nüfuzunun artmasında mühüm rol oynadığını vurğulayıb. Tədbirin təşkilində Azərbaycan Diasporuna Dəstək Fondunun göstərdiyi əvəzsiz dəstəyə xüsusi diqqət çəkib, təşəkkürünü bildirib.
Çıxışçılar Azərbaycanın xalqının birliyinin xaricdə ölkəmizin siyasi təsirini gücləndirdiyini diqqətə çatdırıblar.
Tədbir çərçivəsində Azərbaycanın mədəniyyəti və nailiyyətləri haqqında təqdimatlar və musiqi nömrələri təqdim olunub.
Foto qalereya
Digər xəbərlər