Soydaşlarımız Cenevrədə ənənəvi rəqs festivalında uğurla çıxış edib

8 may, 2024

Soydaşlarımız Cenevrədə ənənəvi rəqs festivalında uğurla çıxış edib

İsveçrənin Cenevrə şəhərində hər il ənənəvi olaraq keçirilən Rəqs Festivalı (Fête de la Danse) başa çatıb. Bu il 30 aprel-5 may tarixlərində baş tutan festivalda Azərbaycanlı xoreoqraf, diaspor fəalı Mariya Xan-Xoyskaya Martinyolinin rəhbərliyi ilə “İrs” rəqs qrupunun üzvləri təmsil ediblər.

6 gün ərzində Cenevrənin müxtəlif ictimai yerlərində soydaşlarımızın çıxışı, xüsusilə “Lalələr” rəqsi alqışlarla qarşılanıb. Festivalın məqsədi dünya ictimaiyyətini müxtəlif xalqların milli rəqsləri ilə tanış etməkdir.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər