Soydaşımız Tbilisidə keçirilən Avrasiya bodibildinq yarışında 3-cü yerə sahib olub

14 iyun, 2024

Soydaşımız Tbilisidə keçirilən Avrasiya bodibildinq yarışında 3-cü yerə sahib olub

Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Bodibildinq və fitnes üzrə Avrasiya təbii bodibildinq yarışında Dalğa Həsənov azyaşlılar üzrə yüksək nəticə əldə edib.

Azərbaycan, İran və Gürcüstandan 30-dan çox idmançının qatıldığı yarışda 18 yaşlı Həsənov "Men's physique” Junior (bodybuilding) kateqoriyasında 3-cü yeri tutaraq bürünc medala sahib olub.

Qeyd edək ki, yarışda Gürcüstan azərbaycanlılarını yeganə təmsil edən Dalğa Həsənovdur.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər