Şimali Karolina Universitetinin azərbaycanlı professoru

18 aprel, 2024

Şimali Karolina Universitetinin azərbaycanlı professoru

Diasporla İş üzrə Dövlət Komitəsinin internet televiziyası Diaspor TV-nin  İctimai televiziya ilə ortaq layihəsi olan “Vətən uzaqda deyil” proqramının bir neçə buraxılışı Amerika Birləşmiş Ştatlarında çəkilib.

Proqramın qonaqlarından biri Qərbi Azərbaycandan olan, kiçik yaşlarından ABŞ-yə  köçən, dünyanın 6 ölkəsində təhsil alan həmyerlimiz Əli Əsgərov olub. Şimali Karolina Universitetinin professoru Əli Əsgərov müsahibəsində Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında gördüyü işlərdən və ölkəmizin tanıdılması istiqamətində həyata keçirdiyi ictimai-siyasi fəaliyyətindən söz açıb. Konfliktologiya üzrə mütəxəssis Əli Əsgərov Xankəndidə açılacaq “Qarabağ” Universitetində dərs demək arzusu olduğunu dilə gətirib.

Qeyd edək ki, jurnalist, DİDK-nın şöbə müdiri Vəsilə Vahidqızının müəllifi olduğu “Vətən uzaqda deyil” proqramı 6 ildir fəaliyyət göstərən Diaspor TV-nin ən populyar proqramıdır. Bu günə qədər dünyanın müxtəlif ölkələrində yaşayan  yüzlərlə soydaşımız proqramın qonağı olub, onların haqqında maraqlı süjetlər təqdim edilib. Dünya azərbaycanlılarından və ölkəmizin diaspor siyasətindən bəhs edən “Vətən uzaqda deyil” proqramı ayda iki dəfə saat 14.30-da İctimai TV-nin efirində yayımlanır.

ABŞ-də yaşayan həmyerlimizin  müsahibəsini aşağıdakı linkdə izləmək olar:

https://youtu.be/xuoZmlYXDOI?si=vmXCKaZdssQUFsLt

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər