Salonikidə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd edilib

25 dekabr, 2024

Salonikidə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd edilib

Yunanıstanın Saloniki şəhərində 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Azərbaycan icması ilə görüş keçirilib. Görüş Azərbaycanın Yunanıstandakı Səfirliyinin dəstəyi, “QALA” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə baş tutub.

“QALA” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Rəşid Məmmədov çıxışında dünyanın müxtəlif ölkələrində məskunlaşmış soydaşlarımızın hər il 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü böyük həvəs və coşqu ilə qeyd etdiklərini vurğulayıb. Dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyasının əsasını Azərbaycan dövlətçiliyinə, xalqımızın dilinə, dininə, milli-mənəvi varlığına və ümumbəşəri dəyərlərə hörmət, onların qorunmasına, yaşamasına qayğı təşkil etdiyini deyib.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər