Qazaxıstanın Kentau şəhərində 20 Yanvar şəhidləri yad edilib
23 yanvar, 2024
Qazaxıstanın Türküstan vilayətinin Kentau şəhərində 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.
“Qarabağ” Azərbaycan Etnomədəni Birliyinin təşkilatçılığı ilə Əhməd Yəsəvi adına Beynəlxalq Qazax-Türk Universitetinin Kentau filialında baş tutan tədbirdə azərbaycanlı və türkiyəli tələbələr iştirak ediblər.
20 Yanvar şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə çıxış edənlər sovet imperiyasının 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakının dinc əhalisinə qarşı törətdiyi qanlı qırğının unudulmadığını bildiriblər. Bu hərbi cinayətin xalqımızın iradəsini sarsıtmadığı, dövlət müstəqilliyinin bərqərar olması yolunda daha da güclü şəkildə birləşdirdiyi, 20 Yanvar şəhidlərinin arzusunun gerçəkləşdiyi vurğulanıb. Həmin ağır günlərdə Qazaxıstanın görkəmli yazıçısı, şairi və ictimai xadimi Oljas Süleymenovun Bakıya gedərək Azərbaycan xalqı ilə həmrəylik göstərdiyi və informasiya blokadasında olan xalqımızın haqq səsinin dünyada yayılmasında böyük rol oynadığı yada salınıb.
Foto qalereya
Digər xəbərlər