“Diaspor Akademiyası - 2” layihəsi çərçivəsində 9-cu təlim keçirilib

11 fevral, 2025

“Diaspor Akademiyası - 2” layihəsi çərçivəsində 9-cu təlim keçirilib

“Diaspor Akademiyası - 2” layihəsinin növbəti 9-cu təlimi keçirilib. Təlim “Diasporun sosial şəbəkə profilləri, saytlarının idarə edilməsinin əsasları” mövzusuna həsr edilib.

Tanınmış təlimçi, Siyasi Texnologiyalar Mərkəzinin rəhbəri Vəli Əlibəyov təlim iştirakçılarına diasporun sosial şəbəkələrdə aktivliyinin vacibliyindən danışıb və onlardan səmərəli istifadə qaydaları barədə məlumat verib.

İnteraktiv şəkildə keçən təlim zamanı iştirakçılar bu sahədəki təcrübələrini bölüşüb, qarşılıqlı fikir mübadiləsi aparıblar. Onları maraqlandıran suallar təlimçi tərəfindən cavablandırılıb.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər