Parisdə azərbaycanlı pianoçu Səidə Zülfüqarovanın solo konserti keçirilib

23 aprel, 2024

Parisdə azərbaycanlı pianoçu Səidə Zülfüqarovanın solo konserti keçirilib

Aprelin 20-də Parisdə istedadlı azərbaycanlı pianoçu Səidə Zülfüqarovanın solo konserti keçirilib. Konsert “Bayard konsertləri” (“Les concerts de Bayard”) beynəlxalq silsilə konsertlər çərçivəsində keçirilib. Konsertdə List, Şopen, Ravel, Albeniz, De Falya kimi bəstəkarların əsərləri böyük məharətlə ifa olunub. 

Konsert parisli musiqisevərlər tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb. Beynəlxalq müsabiqələr laureatı olan həmyerlimiz uzun illərdir Fransada yaşayır və orda həm ifaçı, həm də pedaqoq kimi karyerasını davam etdirir.

https://www.youtube.com/watch?v=sm8rDrpJSAA

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər