Soydaşlarımız Ukraynada humanitar yardım aksiyası keçiriblər
21 aprel, 2025
Azərbaycanın Ukraynadakı diaspor fəalları Pasxa bayramı ərəfəsində Lvovda humanitar yardım aksiyası keçiriblər.
Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Gənclər və İdman Departamentinin, yerli YUNKOR Gənclər İcmasının birgə təşəbbüsü və təşkilatçılığı ilə Lvovda Pasxa bayramı münasibətilə əsgərlərə, hərbçilərə humanitar yardım göstərib.
“Azərbaycanın Ukraynadakı diasporu dövlətimizin siyasətinə uyğun olaraq humanitar aksiyaları davam etdirir”, - deyə Konqresin Gənclər və İdman departamentinin rəhbəri Şəhriyar Məhərrəmov bildirib.
Qeyd edək ki, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresi və digər diaspor təşkilatları mütəmadi olaraq Ukraynada yaşayan həmvətənlərimiz və yerli icmalar arasında sosial həmrəyliyi və dəstəyi gücləndirməyə yönəlmiş layihələr həyata keçirirlər.
Foto qalereya
Digər xəbərlər