Azərbaycanlı gənc beynəlxalq uğura imza atıb
24 aprel, 2025
Praqada rəssamlıq təhsili alan azərbaycanlı gənc Ülviyyə İman beynəlxalq uğura imza atıb. Dubayda keçirilən beynəlxalq rəsm sərgisində 18 yaşlı soydaşımızın əsəri 15 min ABŞ dollarına satılıb.
Qeyd edək ki, Ülviyyə İmanın əsərləri “YARAT” Müasir İncəsənət Mərkəzinin XX–XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində “Bir zamanlar dəniz” adlı qrup sərgisində və Bakıda “Gazelli Art House” müasir incəsənət qalereyasında da nümayiş olunub.
Foto qalereya
dostların arasında bunu ilk tövsiyyə edən sən ol
Digər xəbərlər