Moskvada Azərbaycan Dili və Ədəbiyyatı Mərkəzinin yaranmasının 15 illiyi qeyd edilib

22 aprel, 2024

Moskvada Azərbaycan Dili və Ədəbiyyatı Mərkəzinin yaranmasının 15 illiyi qeyd edilib

Moskva Dövlət Linqvistika Universitetində Azərbaycan Dili və Ədəbiyyatı Mərkəzinin yaranmasının 15 illiyinə həsr olunmuş “Rusiya-Azərbaycan: Dillər və Mədəniyyətlərin Dialoqu” adlı təntənəli tədbir keçirilib.

Tədbir MDLU və Moskva Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti tərəfindən təşkil olunub.

Tədbiri giriş sözü ilə açan MDLU-nun rektoru İrina Arkadyevna Kraeva mərkəzin yaranma tarixi və fəaliyyəti barədə tədbir iştirakçılarına məlumat verib. O, Azərbaycan Dili və Ədəbiyyatı Mərkəzinə son illərdə Bella Musayeva, Zemfira Rüstəmova, Leyla İsmayılovanın uğurla rəhbərlik etdiyini xatırladıb.

Sonra deputat Nemətov İlxom Tuyçieviç çıxış edərək MDB-nin icraçı katibi Sergey Nikolayeviç Lebedevin salamını çatdırıb.

Azərbaycanın Rusiyadakı səfirliyinin müşaviri Zaur Paşayev, Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin humanitar siyasət şöbəsinin müdiri Tamilla Əhmədova, Moskvadakı Azərbaycan diasporunun rəhbəri Bəxtiyar Həsənov, Bakı Slavyan Universitetinin professoru Şərqiyyə Həsənova, Bakı Slavyan Universitetinin professoru, MDLU-nun fəxri professoru, Mərkəzin birinci rəhbəri Bella Musayeva çıxışlarında yubiley münasibətilə mərkəzə ünvanlanan təbrikləri çatdırıblar.

Moskvadakı Azərbaycan diasporunun rəhbəri Bəxtiyar Həsənov universitetin rektoru İrina  Arkadyevna Krayevaya göstərdiyi diqqət və qayğıya görə təşəkkürünü bildirib. Universitetin rektoruna Azərbaycan Dili və Ədəbiyyatı Mərkəzinin fəaliyyətinə verdiyi dəstəyə, Azərbaycan mədəni irsinin təbliğinə verdiyi töhfəyə görə “Təşəkkürnamə ” təqdim edilib.

Proqramın bədii hissəsində mahnılar və rəqslər təqdim edilib, Azərbaycan dili fakültəsinin 1-ci kurs tələbələri “Qaynana” komediyasından səhnələr oynayıblar.

 

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər