Londonda Azərbaycan Tələbə Cəmiyyətinin üzvləri ilə ilk görüş keçirilib

18 mart, 2024

Londonda Azərbaycan Tələbə Cəmiyyətinin üzvləri ilə ilk görüş keçirilib

Londonda Kral Kollecində (“King's College London”) yeni təsis olunmuş Azərbaycan Tələbə Cəmiyyətinin üzvləri ilə ilk görüş keçirilib. Görüşün keçirilməsində əsas məqsəd London Kral Kollecində təhsil alan tələbələrin şəbəkələşməsinin təmini, gələcəkdə orada təhsil almaq istəyən azərbaycanlı gənclərə kömək edilməsidir.

London Kral Kollecində təhsil alan xarici tələbələri Azərbaycanın tarixi, mədəniyyəti ilə tanış etmək üçün müxtəlif tədbirlərin həyata keçirilməsi müzakirə olunub, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində gənclərə yaradılan şərait haqqında məlumat verilib.

Qeyd edək ki, Azərbaycan Tələbə Cəmiyyətinin yeni yaranmasına baxmayaraq 10-a yaxın əcnəbi üzvü var. Cəmiyyət Dövlət Proqramı ilə təhsil alan 4 azərbaycanlı tələbə, Aygün Səmədli (prezident), Nərmin Quliyeva (vitse-prezident), Vaqif Quliyev (layihə meneceri) və İslam Kərimli (İctimaiyyətlə əlaqələr və təşkilatçı) tərəfindən yaradılıb.

 

 

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər