Kütahya şəhərində 20 Yanvar şəhidləri yad edilib
22 yanvar, 2024
Türkiyənin Kütahya Dumlıpınar Universitetində 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.
Universitetin nəzdində fəaliyyət göstərən Azərbaycan Kültür Cəmiyyətinin təşkilatçılığı ilə baş tutan tədbirdə Kütahya Azərbaycanlıları Kültür və Həmrəylik Dərnəyinin sədr müavini Məhəmməd Rüstəmov, azərbaycanlı və əcnəbi tələbələr iştirak ediblər.
Türkiyə və Azərbaycanın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayan tədbirdə 20 Yanvar şəhidlərinin xatirəsi ehtiramla yad edilib.
Azərbaycan Kültür Cəmiyyətinin sədri, İkinci Qarabağ müharibəsinin qazisi Alim Kərimov 34 il öncə sovet imperiyasının Bakıda törətdiyi qanlı qətliam barədə təqdimatla çıxış edib. Bu hərbi cinayətin xalqımızın iradəsini sındıra bilmədiyi, ölkəmizin müstəqilliyi yolunda dönüş nöqtəsinə çevrildiyini vurğulayıb.
Tədbir 20 Yanvar hadisələrini əks etdirən sənədli filmin izlənməsi ilə yekunlaşıb.
Foto qalereya
Digər xəbərlər