Kostanayda azərbaycanlı gənclərlə görüş keçirilib
9 aprel, 2025
Qazaxıstanın Kostanay şəhərində fəaliyyət göstərən "Birlik" İctimai Birliyinin gənc nümayəndələri ilə görüş keçirilib.
Görüşdə birliyin sədri Rafael Hacıbalayev, Dostluq Evinin direktoru Natalya Ramazanova və gənclər iştirak ediblər.
Gəncləri maraqlandıran cari məsələlər müzakirə olunub, eləcə də iştirakçıların gələcək üçün planları, mədəniyyət və adət-ənənələrin qorunub saxlanması təşəbbüsləri, həmçinin digər etnomədəni birliklərlə qarşılıqlı əlaqələr barədə danışılıb. Qazaxıstanda müxtəlif millətlərdən olan gənclər arasında birliyin və dostluğun möhkəmləndirilməsi məsələlərinə xüsusi diqqət yetirilib. Birgə tədbirlərin, maarifləndirici proqramların və könüllü layihələrin keçirilməsi ilə bağlı təkliflər səsləndirilib.
Foto qalereya
Digər xəbərlər