Kanadada Azərbaycan milli mətbəx nümunəsi və onun hazırlanması prosesi nümayiş olunub
18 iyul, 2024Kanadanın Monreal şəhərində fəaliyyət göstərən Notre-Dame-de-Grâce və İcma Qida Mərkəzinin (Community Food Center Depot) təşkilatçılığı ilə “Saveurs du Monde” (Dünyanın ləzzətləri) layihəsi çərçivəsində dünyanın müxtəlif xalqlarının milli mətbəxlərindən nümunələrin hazırlanması prosesi nümayiş etdirilir.
Monreal Kanada-Azərbaycan Cəmiyyətinin rəhbəri və təsisçisi Rəna Müslümova və cəmiyyətin fəal üzvü Mahizər Abdullayeva layihə çərçivəsində Şah plovu və onun ərsəyə gəlməsi prosesini göstəriblər. Soydaşlarımız, həmçinin Azərbaycanın zəngin mətbəxi, tarixi, coğrafiyası haqqında iştirakçılara ətraflı məlumat veriblər.
Foto qalereya
dostların arasında bunu ilk tövsiyyə edən sən ol
Digər xəbərlər