Azərbaycan diasporu Holokost qurbanlarını yad edib

30 yanvar, 2025

Azərbaycan diasporu Holokost qurbanlarını yad edib

İsrailin Afula şəhərindəki Azərbaycan Mədəniyyət Mərkəzində Holokost soyqırımının 80-ci ildönümünə həsr edilmiş anım tədbiri keçirilib. Tədbir Azərbaycan Mədəniyyət Mərkəzi və "Şolumi" Dağ Yəhudiləri Mədəniyyət Mərkəzinin təşkilatçılığı, Afula Şəhər Bələdiyyəsinin Absorbsiya İdarəsinin dəstəyi ilə baş tutub.

İsrail və Azərbaycan Yazıçılar Birliyinin üzvü, tarixçi, şair Mixail Salman çıxışında 2005-ci ildə BMT tərəfindən qəbul olunmuş qətnaməyə əsasən hər il 27 yanvar tarixinin Beynəlxalq Holokost Qurbanlarının Anım Günü kimi qeyd edildiyini bildirib. Antisemitizmin tarixi və yayılma səbəbləri barədə danışıb.

Tədbirdə "Şolumi" Dağ Yəhudiləri Mədəniyyət Mərkəzinin rəhbəri Şaul Siman Tov, yəhudi əsilli azərbaycanlı yazıçı, jurnalist və şair Nobert Mixayloviç Yevdayevin "Səssiz meşə" adlı kitabını təqdim edib. Kitab Belarusda partizan dəstəsi ilə bağlı xatirələrə əsaslanaraq yazılıb. Əsərdə Holokost zamanı sağ qalan Çarlz və Selli Bedzovların, eləcə də onların xilas olan digər ailə üzvlərinin hekayələri öz əksini tapıb.

Şair Semyon Qavrilov tədbirdə nəvəsinin Auşvitz (Osvensim) düşərgəsini ziyarət edərkən yaşadığı təəssüratları bölüşüb.

Tədbir iştirakçıları XX əsrin ən dəhşətli soyqırımlarından olan Holokostun və onun kimi faciələrin təkrarlanmaması üçün bəşəriyyətin tarixdən dərs çıxarmasının vacibliyini vurğulayıb.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər