“İsmayıllı etnomühitindəki azsaylı xalqların folkloru” kitabının təqdimat mərasimi keçirilib

29 aprel, 2024

“İsmayıllı etnomühitindəki azsaylı xalqların folkloru” kitabının təqdimat mərasimi keçirilib

“Nəfəs” İctimai Birliyi və “Azərbaycanın Dostları Təşkilatı”nın dəstəyi ilə Fil.ü.f.d. Dadaş Əliyevin “İsmayıllı etnomühitindəki azsaylı xalqların folkloru” kitabının təqdimat mərasimi keçirilib.

“Huner Group”un baş ofisində təqdimat mərasimi təşkil olunmuş kitab diaspor nümayəndələri Billurə və Antoine Bernard cütlüyünün maliyyə dəstəyi ilə işıq üzü görüb. Təqdimatda “Nəfəs” İctimai Birliyinin sədri Firəngiz Balakişiyeva, “Azərbaycanın Dostları Təşkilatı”nın rəhbəri Billurə Bayramova-Bernard, fil.ü.f.d. professor Seyfəddin Rzasoy, fil.ü.f.d. professor Asif Hacıyev, əməkdar müəllim Cəfər Bağırov, əməkdar jurnalist Xeyrulla Ağayev, Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri Gülnarə Xəlilova, AMEA-nın Folklor İnstitutunun əməkdaşları dos. Atəş Əhmədli, dos. Elçin Abbasov, Mətanət Yaqubqızı, Reyhan Dadaşova, Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru Əkrəm Abdullayev, Beynəlxalq Muğam Mərkəzinin direktoru, əməkdar artist Sahib Paşazadə, “Lahıc” folklor qrupunun üzvləri, regionda yaşayan azsaylı xalqların nümayəndələri, media nümayəndələri və bir çox elm adamları iştirak edib.

Qeyd edək ki, kitab müəllifin ilk monoqrafiyasıdır. Monoqrafiya İsmayıllı etnomühitində özlərinə layiqli yer tutmuş və milli-mədəni kimliklərini qoruyan azsaylı xalqların – lahıc, ləzgi, hapıt, molokan və etnoqrafik qrupun – Ahıska türklərinin folklor ənənələrinin araşdırlmasına həsr olunub. Monoqrafiyada hər bir nümunə qeydə alındığı dildə, ehtiyac duyulduğu məqamda isə tərcüməsi ilə təqdim edilib.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər