Haaqa şəhərində “Xarıbülbül” məktəbi fəaliyyətə başlayıb

3 fevral, 2024

Haaqa şəhərində “Xarıbülbül” məktəbi fəaliyyətə başlayıb

Haaqa şəhərində fəaliyyət göstərən Niderland Azərbaycan-Türk Kültür Dərnəyinin nəzdində “Xarıbülbül” Azərbaycan məktəbi yaradılıb.

Bu barədə məlumat verən dərnəyin sədri İlhan Aşkın bildirib ki, hər cümə axşamı saat 17:00-19:00 arasında baş tutan dərslərə 7–12 yaşlı uşaqlar qatılırlar. Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan dərslər elm, texnologiya, mühəndislik riyaziyyatı özündə birləşdirən STEM tipli təcrübələr əsasında tədris edilir.

Hələlik məktəbdə Azərbaycan dili və şahmat dərslərinin keçirilməsi nəzərdə tutulub. Dərsləri Azərbnaycan dili müəllimi Afət Yusifova və şahmat müəllimi Zəhra Kərimova aparırlar. Azərbaycan dili dərsində Azərbaycan nağıllarına xüsusi diqqət ayrılacaq, oxunacaq nağılların təhlili aparılacaq və səhnələşdiriləcək. Bundan başqa, məktəbdə hər həftənin müəyyənləşdirilən dəyəri barədə söhbətlər aparılacaq.

Qeyd edək ki, dərnək Haaqa şəhərinin Schalkburgerstraat 198 2572VD ünvanında yerləşir.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər